İtaliyanın "Milan" klubu iki aparıcı üzvü Tiaqo Silva və Zlatan İbrahimoviçi satıb. Korner.az-ın məlumatına görə, müdafiəçi və forvard Fransanın PSJ klubuna transfer olunub.
Bu transfer xəbərini “Milan”ın sahibi və ölkənin sabiq baş naziri Silvio Berluskoni də “La Gazzetta dello Sport”a açıqlamasında təsdiqləyib: “Bəli, həqiqətən də İbrahimoviç və Tiaqunu PSJ-sə satdım. Bu, bizə 150 milyon avroyadək qənaət etmək imkanı verəcək”.
Qeyd edək ki, “Milan” Tiaqu Silva ilə Zlatan İbrahimoviçi 70 milyon avroya satacaq.