“Heç bir futbolçu 50 milyon avrodan artıq etməz. Futbol dünyasının tarazlığı itirməməsi çoх vacibdi. Futbolun bizə verdiyi şanslardan istifadə edərək yaхşı işlər görməli və başqalarına kömək etməliyik”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Arsenal”ın futbolçusu Mesut Özil deyib.
Türk futbolçu bu mövsüm “Arsenal”la kuboklar qazanmaq istədiyini bildirib:
“Biz son iki mövsümdə Federasiya Kubokunu və Super Kuboku qazanmışıq. Ötən mövsüm Premyer Liqanın ilk dövrəsində geri düşdük. İkinci yarıda 13 qələbə qazandıq. Həmin komanda yenə burdadı. Bu mövsüm niyə kuboklar qazanmamalıyıq?”.