Mesut Özil ata oldu – FOTO
31.03.2020 , 18:51

“Arsenal”ın futbolçusu Mesut Özilin övladı dünyaya gəlib.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi ilə Amine Gülşenin qızı olub. Bu barədə Özil “İnstagram” hesabında paylaşım edib.
Futbolçu qızına Eda adını verdiklərini bildirib.
Qeyd edək ki, Mesut Özil 2019-cu ilin iyun ayında aktrisa Amine Gülşe ilə ailə həyatı qurub.
