Şeydayevin sabiq klubu dağıldı
31.03.2020 , 18:16

Slovakiyanın “Jilina” klubu fəaliyyətini dayandırıb.
Korner.az xəbər verir ki, klub maliyyə böhranı ilə bağlı bu addımın atıldığını bildirib:
“Klubun maliyyələşmə strategiyası oyunçuların satışından əldə olunan gəlirlərə əsaslanır. Bu yay transferlərdən qazancın sıfıra yaxın olacağı ehtimalı daha çoxdur. Ləğv prosesi yaxın gələcəkdə klubun üzərindəki təzyiqi azalda bilər”.
Klubun aprelin 1-dən fəaliyyətini rəsmən dayandıracağı vurğulanıb.
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev 2017-ci ildə bu komandanın formasını geyinib.
