Messidən yeni rekord
14.06.2020 , 16:42
“Barselona” İspaniya La Liqasının 28-ci turunda səfərdə “Malyorka”nı məğlub edib – 4:0.
Korner.az xəbər verir ki, görüş Kataloniya təmsilçisinin kapitanı Lionel Messi üçün əlamətdar olub.
Belə ki, argentinalı futbolçu qarşılaşmada bir qol vuraraq, bu mövsümdə La Liqadakı qollarının sayını 20-yə çatdırıb.
Bununla da Messi çempionatın ardıcıl 12 mövsümündə azı 20 qol vurmağı bacarmış ilk futbolçu ünvanına yiyələnib.