"Barselona"nın hücumçusu Lionel Messi Parisin PSJ klubu haqqinda fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, ulduz futbolçu bu kluba keçmək istəmədiyini deyib.
"PSJ-də oyanamaq istəyərəmmi? Yox və yenə də yox! Mənim "Barselona"dakı tərəfdaşlarım dünyanın ən yaxşı futbolçularıdır. "Barselona" gözəl şəhərdir. "Barsa" da isə mən futbolçu kimi yetişmişəm və bunu açıq-aşkar etiraf edirəm".