"Barselona"nın futbolçusu Lionel Messi, Raul Qonzalesi geridə qoyub.
Korner.az-ın məlumatına görə, "Real Sosyedad" ilə oyunda (1:3) fərqlənən hücumçu La Liqada vurduğu qollar 229-a çatdırıb.
Bununla da o, aktivində 228 qol olan R.Qonzalesi rekordunu qıraraq La Liqa tarixinin ən çox qol vuran üçüncü futbolçusu olub.
Nəzərinizə çatdıra ki, Messi Huqo Sançez (234 qol) və Montoyadan (251 qol) geri qalır.