Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Ayaks”la görüşdə iki cavabsız top vuran “Barselona”nın futbolçusu Lionel Messi Avropanın ən nüfuzlu qitə yarışındakı qollarının sayını 71-ə çatdırıb.
Korner.az-ın məlumatına görə, argentinalı yarımmüdafiəçi bu göstərici “Real”ın əfsanəvi hücumçusu Raul Qonzalesə çatıb.
Qeyd edək ki, Messi sözügedən oyunun 36-cı dəqiqəsində fərqlənib.
