“Barselona”nın argentinalı ulduzu Lionel Messinin “instagram” sosial şəbəsindəki hesabını artıq 30 milyondan çox insan izləyir.
Korner.az-ın məlumatına görə, bu münasibətlə onu məşhur basketbolçu Stefen Karri təbrik edib:
“İnstagram”da 30 milyon izləyici üçün təbriklər, Leo! Mən sənin böyük fanatınam. İmkan düşən kimi, gəl, bizim oyunlarımızı da, izlə”
“Qolden Steit Varriors”un basketbolçusu Messi ilə oyun tərzlərində oxşarlıq olduğunu bildirib:
Deyə bilmərəm ki, “NBA-nın “Messi”siyəm. Amma onu deyim ki, mən də Messi kimi oyun qurucusuyam. Oyun tərzimiz bu baxımdan oxaşardı. Messinin oyunu izləməkdən zövq alıram”.