Argentina millisinin hücumçusu Lionel Messi komandasının Amerika kubokunun favoriti hesab etmir.
Korner.az-ın məlumatına görə, “Barselona”lı oyunçu yığmanın dünya çempionatında uğurlu çıxış etdiyini, ancaq bunun hələ heç nə demək olmadığını söyləyib.
“DÇ-də yaxşı çıxış etdik, bu bizə əlavə motivasiya verir. Ancaq düşünmürəm ki, Argentina Amerika kubokunun favoritidir. Unutmayaq ki, kubokda nəhəng komandalar – Braziliya, Kolumbiya və Uruqvay da var”.
