Melo ”Liverpul”da
02.09.2022 , 12:16

“Liverpul” “Yuventus”un futbolçusu Arturu icarəyə götürüb.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi 2022/2023 mövsümünü icarə əsasında Mersisayd təmsilçisində keçirəcək.
Artur bu mövsüm A Seriyasında heç bir oyuna çıxmamışdı.
