Melo “Barselona”da
10.07.2018 , 12:27

Braziliyalı futbolçu Artur Melonun “Barselona”ya keçidi baş tutub
İspaniya La Liqasında çıxış edən “Barselona” klubu ötən aydan bəri davam edən danışıqlar nəticəsində 21 yaşlı futbolçunu komandaya cəlb edə bilib. Müqaviləyə əsasən, Melo 2023- 2024 mövsümünün sonuna qədər Kataloniya komandasının şərəfini qoruyacaq.
Qeyd edək ki, klub bu futbolçu üçün 31 milyon avrosundan keçməli olub.
