Millimizin İranla ikinci sınağı
10.07.2018 , 12:17

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununa çıxacaq
Komandamız ikinci dəfə İran yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun məşq meydançasında keçiriləcək görüş saat 20:00-da başlanacaq və CBC Sport televiziya kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, oyunu Orxan Məmmədov idarə edəcək. Ona Rza Məmmədov və Mübariz Haşımov kömək edəcək. Dördüncü hakim funksiyasını Ziya Nəsirov yerinə yetirəcək.
Xatırladaq ki, bu komandalar arasında iyulun 7-də keçirilən yoldaşlıq oyunu İran yığmasının 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
10 iyul
20:00. Azərbaycan U-17 – İran U-17
