big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Maydan”la meydanın fərqi (KÖŞƏ)

25.11.2013 , 18:53

Meydan və ya maydan. Bəli, azərbaycanlılar meydan, ukraynalılar isə maydan deyirlər. Belə baxanda, elə ciddi bir fərq yoxdur. Ya onlar bizim sözümü özününküləşdiriblər və ya əksinə… 

“Maydan” haqqında danışmaq istəyirəm, hansı ki, bizim meydandan kifayət qədər fərqlənir. Sözün hər mənasında. İndi Ukrayna xalqı “Maydan”a çıxıb. Məqsəd birdir: Avropa İttifaqına qoşulmaq. 2004-cü ildəki “narıncı inqilab”dan sonra ukraynalılar yenidən ayağa qalxıblar. Yaxın keçmişdəki tarixə diqqət yetirsək, o vaxt da baş verən hadisələr noyabrın üçüncü dekadasında başlamışdı. Nəticədə xalq istəyinə çatdı. Görəsən, tarix təkrarlanacaqmı? Biz isə meydanları unutmuşuq və ya unutdurublar. Buna necə istəsək, elə də don geyindirə bilərik. 

Ukraynada baş verənlər Azərbaycanın gələcəyi üçün də əhəmiyyətlidir. Keçmiş qardaşımızın Gömrük İttifaqından imtinası bizim də bu qurumdan uzaq qalmağımız üçün münbit şərait yarada bilər. 

İndi keçək o biri maydana. İdman jurnalistləri üçün bu, futbol və ya voleybol maydanı, tatami və ya rinq ola bilər. Ukraynada ölkənin Avropa İttifaqına qoşulmasının tərəfdarı olan Vitali Kliçko hamımıza yaxşı tanışdır. Boksçu kimi qazandığı uğurlar çox olub. Amma siyasətdə də öz sözünü deyə bilib. Bax, Ukrayna maydanları belə oğlanlar yetişdirib. Ölkənin ən müxalif fraksiyasılarından birinin rəhbəri elə hökumətin məlum açıqlamasından sonra “Maydan”a ilk çıxanlardan oldu. Maraqlıdır ki, görəsən, bizdə də belə idmançılar varmı? Təxminən 10 illik jurnalist təcrübəmi vərəqləyirəm. Elə bir ada rast gələ bilmirəm. Bizim idmançılar hələ də zallardan kənara çıxa bilməyiblər. Siz, dunya və ya Avropa çempionu ola bilərsiniz, Olimpiya oyunlarında böyük qələbələrə imza ata bilərsiniz. Bu, məsələnin görünən tərəfidir. Əgər ölkəmdəki Olimpiya və dünya çempionu bircə vətəndaşın üzləşdiyi ədalətsizliyə qarşı sözünü deyə bilmirsə, onun uğurlarına bir quş. Mən hələ hökumətin qərarlarından danışmıram. Ukrayna maydanlarından bubkalar, bloxinlər, şevçenkolar, kliçkolar çıxıb. Bizdə isə bahalı maşın və ev, gələcək üçün biznes qurmaq həvəsi. 

Maydanla meydanın fərqi bundadır.

Son yazılar

To Top