Marselo “Real”dan ayrılır
08.03.2019 , 14:12

“Real”ın braziliyalı futbolçusu Marselo iş yerini dəyişmək qərarına gəlib.
30 yaşlı cinah müdafiəçisi bundan sonra karyerasının “Yuventus” klubunda davam etdirəcək. İspaniya mətbuatına görə, artıq hər iki tərəf arasında razılıq əldə edilib. Sambaçı ilinə 12 milyon avro qazanacaq.
Qeyd edək ki, Marselo 2007-ci ildən “Real” klubunun şərəfini qoruyur.
