Argentina yığmasının futbolçusu Markos Roxo “Mançester Yunayted”ə keçdiyini təsdiq edib.
Korner.az-ın məlumatına görə, 27 yaşlı futbolçu qərarı qəbul etməyin asan olmadığın qeyd edib.
“MY-ya keçid arzuların gerçəkləşməsi deməkdir” – deyə Roxo Radio “Continental”a bildirib – “Mən Veronla məsləhətləşdim. O da “Mançester Yunayted”ə keçməyi tövsiyə etdi. Lakin “Sportinq”dən ayrılmaq asan olmadı”
Qeyd edək ki, transferin dəyəri 20 milyon avro olacaq. Bu məbləğin 4 milyonu Roxonun keçmiş klubu Spartaka çatacaq.