“Maraqlı oyun olacaq”-Ansi Aqolli
09.07.2019 , 21:28

Ansi Aqolli “TV Klan”a açıqlama verib.
Korner.az xəbər verir ki,ABŞ-ın “Kosmos”klubunda çıxış edən futbolçu “Qarabağ” – “Partizani” oyunu ilə bağlı fikirlərini bölüşüb:
“Hər iki komanda ehtiyatlı oyun göstərəcək.Maraqlı oyun olacağını düşünürəm.Çünki iki ölkənin çempionları qarşılaşır.”Qarabağ”ın Avropada böyük təcrübəsi var.”Partizani”nin mənim məsləhətimə ehtiyacı yoxdur.Onlar özləri də komandanın gücünə bələddirlər”.
