Argentina və dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona xuliqanlığın qurbanı olduğunu iddia edir.
Korner.az-ın məlumatına görə, Maradona keçmiş həyat yoldaşı və sevgilisinin ona məxsus 20 milyon dollar məbləğində pulu oğurladıqlarını iddia edir. Bununla bağlı argentinalı sabiq futbolçu auditor yoxlaması tələb edib.
Argentinalı jurnalist Xorxe Rial məsələylə bağlı belə məlumat verib:
“O, arvadı, arvadının sevgilisi və qızları arasında auditor yoxlamasının keçirilməsini istəyir. Maradonanın fikrincə, onun 20 milyon dolları oğurlanıb”.
