Luis Suares “Real”la 9-cu turun oyununda ehtiyat futbolçular sırasında olacaq.
Korner.az-ın məlumatına görə, Luis Enrike Suaresi meydana buraxmaqla risk etmək niyyətində deyil. Uruqvaylı forvard lazım olacağı halda sonradan meydana çıxa bilər.
Katalonların heyətinə zədəsini sağaldan Serxio Busketsin də meydana çıxacağı gözlənilir.
