“Mançester Yunayted”də yeni müqavilə
23.06.2020 , 16:59
“Mançester Yunayted”də yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, klub futbolçusu Skott Maktomineylə müqavilənin müddətini uzadıb.
23 yaşlı yarımmüdafiəçi ilə 2025-ci il iyunun 30-dək sözləşmə bağlanılıb.
Şotlandiyalı futbolçu bu mövsüm 28 oyunda 5 qol vurub, 1 assist edib.