Ronaldodan yeni rekord
23.06.2020 , 16:33
İtaliya A Seriyasının 27-ci turunda “Yuventus” “Bolonya”nı məğlub edib – 2:0.
Korner.az xəbər verir ki, görüş Kriştiano Ronaldo üçün əlamətdar olub.
Belə ki, 35 yaşlı hücumçu bu görüşdə penaltidən fərqlənərək A seriyasında vurduğu qolların sayını 43-ə yüksəldib. Bununla da o, İtaliya çempionatında ən çox qol vuran portuqaliyalı futbolçu olub.
Ronaldo bu göstəricidə Rui Kostanı (42 qol) geridə qoyub.