“Mançester Yunayted” üçün ciddi itki
30.04.2019 , 14:37

“Mançester Yunayted” klubunun futbolçusu Erik Balli uzunmüddətli sıradan çıxıb.
“Çelsi” ilə görüşdə zədələnən “qırmızı şeytanlar”ın müdafiəçisi mövsümü bitirib. Kot-d’İvuarlı futbolçunun Afrika Millətlər kubokunda çıxışı da sual altına düşüb.
Qeyd edək ki, Erik Bali zədəsini yenicə sağaltmışdı.
