İngiltərənin "Mançester Siti" klubunun və Belçika millisinin təcrübəli müdafiəçisi Vensan Kompani Brüssel şəhərini təmsil edən, 3-cü divizionda çıxış edən “Bleyd” klubunu alıb.
Korner.az-ın məlumatına görə, bununlada "şəhərlilər"in müdafiəçisi bu şəhərdə yeni istedadların üzə çıxmasında böyük rol oynamaq istəyir. Bundan əlavə uşaqlığı bu şəhərdə keçən Kompaninin ilk görəcəyi iş klubun adını və emblemini dəyişmək olacaq.
