Çempionlar Liqasının qalibi “Çelsi” oldu
30.05.2021 , 01:18
Bu gün Çempionlar Liqasında 2020/2021 mövsümünün final oyunu keçirilib.
Korner.az xəbər verir ki, həlledici matçda İngiltərənin “Mançester Siti” və “Çelsi” klubları üz-üzə gəlib.
Portuqaliyanın Portu şəhərindəki “Draqau” stadionunda keçirilən görüşdə “Çelsi” 1:0 hesabı ilə qalib gələrək, Avropanın ən güclüsü olub.
Çempionlar Liqası
Final
29 may
23:00. “Mançester Siti” (İngiltərə) – “Çelsi” (İngiltərə) – 0:1
Baş hakim: Antonio Mateu Laos
Portuqaliya, “Draqau” stadionu