Manafov Yunanıstan klubunda debüt etdi
31.01.2022 , 11:39

Azərbaycanlı futbolçu Turan Manafov yeni klubu “Olimpiakos Volos”da debüt edib.
Bu, Yunanıstan II Liqasında “Apollon”a (Larissa) qarşı səfər oyununda reallaşıb. Manafov 1:1 hesabı ilə başa çatan matçda start heyətdə yer alıb və sonadək oynayıb.
“Olimpiakos Volos” 10 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.
Müqavilə ilə “Səbail”ə məxsus olan Manafov Yunanıstan klubunda icarə əsasında çıxış edir.
