big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Maksim Medvedyev: “Bəyəndiyim Bertuççidi, o da qabağa gedəndə qayıda bilmir” – MÜSAHİBƏ

24.12.2012 , 09:02

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedyevin Korner.az saytına müsahibəsi. 

– Əvvəlcə zədən haqqında məlumat almaq istərdik. Özünü necə hiss edirsən?
 
– İndi çox yaxşıyam. Zədəm o qədər də ciddi deyildi. “Bakı” ilə oyunda dizimdən zədələnmişdim. Qorxurdum ki, nəsə bir başqa problem olar. Amma indi çox yaxşıyam.
 
– Zədəli olduğun üçün “Xəzər-Lənkəran”la oyunda sən çıxış etmədin. Bu oyunla bağlı nə deyə bilərsən?

– Oyunu kənardan izlədim. Hər 2 komanda oyuna xal almaq üçün çıxmışdı. Doğrudu,  açıq futbol görə bilmədik. Bu da başadüşülən idi. Oyun əsasən meydanın mərkəzində keçdi. Hər 2 komandanın qol vurmaq üçün çox epizodu oldu. Amma Vüqar çox gözəl qol vurdu və 3 xalı biz qazandıq.

– Azarkeşlərin fikrincə, sənin mövqeyində çıxış edən İlqar Qurbanov səndən zəif təsir bağışladı. Bu haqda nə deyə bilərsən?
 
– Mən heç də belə deməzdim. İlqarı hamı tanıyır.  O, hücuma tez- tez qoşulur. Hücumameyilli futbolçudu. Doğrudu,  “Xəzər-Lənkəran”la oyunda çox qabağa gedə bilmirdi. “Xəzər-Lənkəran” elə bir komandadır ki, hər hansı səhvi bizə bağışlamayacaydı. O, öz yerində çıxış edirdi və yəqin ki, bu da baş məşqçinin tapşırığı idi. Məncə, çox yaxşı oynadı.

– 2012- ci il başa çatır. Səncə, “Qarabağ” bu il necə çıxış etdi?
 
– Bu il "Qarabağ" bacardığının 60 faizini elədi. Daha da yaxşı çıxış edə bilərdik. Amma təəssüf ki, öz səhvlərimiz ucbatından 3-cü yerdəyik. Kubokda da yolumuza davam edirik. Gələn il az səhv edərək yaxşı nəticə əldə edəcəyik..

Bu il komanda çempion olmağı qarşınıza hədəf qoyub. Sizcə, bu il çempion ola biləcəksiz?
 
– Hələlik bu haqda danışmaq tezdir. Biz də istəyirik ki, çempion olaq. Bu il daha az səhv edən komanda çempion olacaq.

– “Neftçi”nin prezidenti Sadıq Sadıqov deyir ki, yaxın 5-10 il ərzində “Neftçi”nin uğurunu heç kim təkrarlaya bilməyəcək. Bu fikrə münasibətin necədir?
 
– Bu, Sadıq müəllimin fikridir. Yəqin ki, Sadıq müəllim bu yolu keçib və bilir ki, necə çətin yoldu. Biz də 2 il pley-offda oynamışıq. Bilirik ki, necə çətindi. İnanıram ki, bizim komandalara pley-offda güclü düşməsə, yenə qrup mərhələsində oynamaq mümkün olacaq.

Son vaxtlar da hamı səni həm sağ,  həm də sol cinahda görür. Sənin üçün hansı mövqedə oynamaq daha rahatdı?
 
– Sağda oynamaq daha rahatdı. Azərbaycan çempionatı o qədər də güclü deyil ki, sırf müdafiə futbolu oynayaq. Hücumameyilli oynayıram. Top həmişə sağ ayağımda olur. Rəqibi cinaha sıxmaq üçün sol ayaq da daha rahat olur.
 
– Azərbaycanda həm legionerlərdən, həm də yerli futbolçulardan öz cinahında kimi bəyənirsən?

– Sağ cinahda heç kimi bəyənmirəm. Sol cinahda isə Bertuççini demək olar. Amma o da qabağa gedəndə arxaya qayıda bilmir. Bir də Elnur Allahverdiyevi fərqləndirmək olar.
 
– Bəs Avropada?
 
– Sağ cinahda əsas Daniel Alveşi bəyənirəm. Əvvəllər onun kimi oynadığımı fikirləşirdim…

– Alveş həm də kumirindi?
 
– Xeyr. İndi kumirim yoxdu. Əvvəllər Del Pyero idi. Uşaqlıqdan “Yuventus”un oyunlarını izləyirəm. Necə deyərlər, “Yuventus”un “dəlisiyəm”.
 
– Son vaxtlar “Qarabağ”dan gedəcəyin deyilir. Əsası var bu söhbətlərin?
 
– Türkiyə klublarından təklif çox idi. Rusiyadan da təkliflər də var idi. Amma mənim “Qarabağ”la müqaviləm var. İndi yalnız bu klub haqqında fikirləşirəm.
 
Adil Mirzəzadə

Son yazılar

To Top