“Oyundan və futbolçuların meydandakı mübarizəsindən razı qaldım”.
Korner.az-ın futbolxeber.az-a istinadən məlumatına görə, bu sözləri Norveçlə oyundan sonra yığmamızın müvəqqəti baş məşqçisi Mahmud Qurbanov deyib.
Qurbanov rəqibin müdafiə xəttindəki inamlı oyunu qeyd edib: “Bir xal qazanmaq istəyirdik. Lakin Norveçin müdafiə xətti buna imkan vermədi. Komandadan razı qaldım. Oyunçularda istək var idi. Məqsədimiz o idi ki, qısa ötürmələrə və yerlə oyunla rəqibin qapısı önündə qol vəziyyətləri yaradaq. Alınmadı”.
