big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Mahir Şükürov: “Biabırçılıq deyil, mən özüm də futbolçuların üstünə qışqırırdım” – MÜSAHİBƏ

31.05.2012 , 06:05

Azərbaycan millisinin kapitanı Mahir Şükürovun  müsahibəsi

– Kapitan kimi Andorra yığması ilə yoldaşlıq görüşünü necə dəyərləndirərdiniz?
– Çox ciddi hazırlaşırdıq. Bilirdik ki, rəqib zəif komanda deyil və ciddi yanaşmaq lazımdır. Sadəcə, yaratdığımız qol imkanlarından istifadə edə bilmədiyimizə görə qələbə qazanmağımız alınmadı. Həm də 3 dəfə top rəqib futbolçunun əlinə dəydi, ancaq hakim penalti vermədi. Buna görə də oyun heç-heçə qurtardı.

– 2-ci hissədə Kamran Ağayev sizə kapitan kimi futbolçuların üstünə qışqırmaq lazım olduğunu dedi ki, qol vurun, yoxsa bu, biabırçılıq olacaq…
– Biabırçılıq deyil, mən özüm də futbolçuların üstünə qışqırırdım. Bunu nə qədər çox etsən, futbolçular bir o qədər gərgin olurlar. Ona görə də imkan olanda, sözümü deyirdim. Ancaq qol vurmağımız alınmadı. Özünüz də gördünüz ki, ilk hissədə 2 dəfə top qapı tirinə dəydi. Birində mənim, digərində Elvin Məmmədovun bəxti gətirmədi. Bundan sonra Rauf Əliyevin qol imkanı oldu. İkinci hissədə də şanlarımız olsa da, top qapıya girmədi. Yəqin ki, qələbə qismətimizdə deyil.

– Bir epizodda rusca qışqırdınız. Onu nəzərə alsaq ki, həmin anda meydanda 3 türkiyəli futbolçu vardı. Onlar iradlarınızı nə dərəcədə başa düşəcəkdilər? Yoxsa bunu Branimir Subaşiçə edirdiniz?
– Bizdə rusca danışanlar Aleksandr Çertoqanovla Branimir Subaşiçdir. Qalanları türkcə başa düşürlər, çoxu azərbaycanlılardır. Ona görə də rusca edim ki, onlar da başa düşsünlər.

– Andorranı uda bilməməyinizi şanssızlıqla bağlayırsınız?
– Əlbəttə. Adamın üstündə Allah var. Siz də ona şahid oldunuz ki, imkanlarımız çox idi, sadəcə, top qapıya girmədi. Qapıçı zərbəni qaytardı, top tirə dəydi.

– Növbəti seçmə mərhələnin sonuna az qalıb. Ancaq milli komandamız hazır deyil…
– Düzdür. Ona görə ki, milli komanda çempionat bitəndən sonra yığışdı, Yaponiyaya uzun səfər oldu. Baş məşqçi də bilir ki, komanda hazır deyil. Mənə elə gəlir ki, inşallah, seçmə mərhələyə kimi yığma hazır olar.

– Berti Foqts futbolçulardan ona görə narazı qalıb ki, çempionat bitəndən sonra 10 gün məşq etməmisiniz. O, bunu peşəkarlığa zidd sayır…
– Elədir. Hər futbolçu peşəkarlığına görə özünə cavabdehlik daşıyır. Futbolçunu da başa düşmək olar ki, uzun çempionat oldu və bundan sonra istirahət lazımdır.

– Elə başa düşdük ki, siz də məşq etmirdiniz…
– Sözün açığı, belədir. Yalandan nəyə görə deyim ki, məşq eləmişəm. Təbii ki, çempionat bitəndə, istər-istəməz istirahət edirsən.

– Məşq etməməyinizə görə Foqts sizə töhmət verdi?
– Töhmət deyəndə ki, nə qədər gücüm vardı, o qədər özümü göstərmək istədim. Çünki mən də istirahətdə idim. Mənə elə gəlir ki, növbəti seçmə mərhələyə kimi milli komanda yaxşı olacaq.

– Foqts onu da deyib ki, klubsuz futbolçunu milliyə çağırmayacaq…
– Mənə elə gəlir ki, burda klubsuz futbolçu yoxdur. Fikrimcə, bu, gələcək üçün yaxşı prosesdir. Əlbəttə, klubsuz futbolçunu milliyə kim çağırar ki? Bütün Avropada belədir.

– “Qəbələ”dən gedəndən sonra özünüzə yeni klub tapmaq yönündə nə düşünürsünüz?
– Çempionat təzə qurtardığı üçün tələsmirəm. İstirahət edəcəyəm. İnşallah, nə vaxt müqavilə bağlayanda, özünüz biləcəksiniz…

– Yəqin ki, karyeranızı Azərbaycanda davam etdirəcəksiniz…
– Bilmək olmaz. Ola bilsin ki, xaricə getdim.

– Real variant var?
– Var. Azərbaycandan kənarda oynamaq istəyirəm.

– Adınız müxtəlif yerli klublar ətrafında hallandırılır. Bəziləri sizi “Neftçi”yə, bəziləri “Xəzər Lənkəran”a aparırlar…
– (gülür) Ola bilər. Mən “Qəbələ”də oynayanda da deyirdilər ki, Mahir “Xəzər Lənkəran”a gedir. İnşallah, qarşıdakı günlərdə hər şeyi biləcəksiniz.

– “Qəbələ”dən gedişinizə nə səbəb oldu?
– Sadəcə, getmək istədim və müqaviləni qarşılıqlı razılıqla pozduq.

apasport.az

Son yazılar

To Top