“Mahir belə şey deməyib”
20.12.2021 , 11:58
“Mahirin durumu yaxşıdır, onunla danışdım. Ümid edirəm ki, qış təlim-məşq toplanışının ilk günlərində bizimlə olacaq. Onun kimi oyunçuya çox ehtiyacımız var”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Legiya”nın baş məşqçisi Aleksandr Vukoviç Polşa çempionatının 19-cu turunda “Radomyak”la oyundan (0:3) son keçirilən mətbuat konfransında bildirib.
O, daha sonra yaranmış gərginliyə baxmayaraq, millimizin hücumçusunun komandada qalacağına ümid edir:
“Mənə müqaviləni ləğv etmək istədiyini söyləyib? Xeyr, o, belə şey deməyib”.