Lüksemburq millisinin üzvü “Sevilya”da
23.01.2020 , 12:18

“Sevilya” heyətinə yeni futbolçu cəlb edib.
Əndəlusiyalılar “Bavariya”nın U-19 komandasından Rayan Yohanssonun keçidini tamamlayıb. La Liqa klubu 16 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə bağlayıb.
Lüksemburq U-21 millisinin üzvü hələlik “Sevilya”nın B komandasında çıxış edəcək.
