“Neftçi”nin son oyununun vaxtı açıqlandı
23.01.2020 , 11:33

Antalyada təlim-məşq toplanışında olan “Neftçi”nin Ukrayna “Desna”sı ilə keçirəcəyi yoxlama oyununun başlama saatı məlum olub.
Korner.az “ağ-qaralar”ın Feysbuk səhifəsinə istinadən xəbər verir ki, yanvarın 24-də, “Emir Hotels Spor Kompleksi”nin stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Bu, “Neftçi”nin toplanışda son matçıdır. Komanda buna qədər keçirdiyi yoxlama matçında Polşanın “LKS Lodz” klubuna 0:4, Kiyev “Dinamo”suna isə 1:2 hesabıyla uduzmuşdu.
