Belçika millisinin hücumçusu
Romelu Lukaku “DÇ-2014″ün 1/8 finalında məğlub etdikləri ABŞ-la oyunu
şərh edib.
Korner.az-ın məlumatına görə,
“L’Equipe”yə danışan təcrübəli futbolçu mundialda daha da irəliləmək
istədiklərini bildirib:
“Baş məşqçi mənə əlavə
vaxtda meydana çıxacağımı dedi. Mən nə edəcəyimi bilirdim. Qol vurmaq şansı
qazandım və bundan maksimum istifadə etdim. Komandanın qələbəsində iştirak
etdiyim üçün çox şadam. Əgər qələbə qazana bilməsəydik, bu bizdə ruh
düşkünlüyü yaradacaqdı. Mundialda daha da irəliləmək istəyirik”.
Qeyd edək ki, ABŞ-la görüşdə
Belçikanın ikinci qoluna imza atan Lukaku komandasının 1/4 finala adlamasında
böyük rol oynayıb.
