Braziliya yığmasının və “Volfsburq”un üzvü Luis Qustavo karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, onunla “Arsenal” yaxından maraqlanır. Lukas Podolskini satmaq istəyən London klubu həmin pula məhz Qustavonu almağı planlaşdırır.
“Sambaçı”nın özü də karyerasını “Dumanlı Albion”da davam etdirməyin əleyhinə deyil. Onu da bildirək ki, Qustavo “Volfsburq”dan öncə “Bavariya”nın formasını geyinib.