“Şaxtyor” (Donetsk) klubunun baş məşqçisi Mirça Luçesku “Fənərbaxça”nı çalışdıra bilər.
Korner.az-ın məlumatına görə, bu barədə Rumıniya Futbol Federasiyasının sabiq prezindeti Sandu məlumat verib.
O bildirib ki, “Fənərbaxça” nümayəndələri rumıniyalı mütəxəssis ilə danışıqları aparır: “Fənərbaxça” Luçeskunun komandanın baş məşqçisi olmasını istəyir. Böyük ehtimalla, mövsümün sonunda “Şaxtyor”la müqaviləsi başa çatacaq Luçesku “Fənərbaxça”nı çalışdıracaq”.