“Liverpul”dan yeni transfer
22.04.2022 , 16:51

“Liverpul” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Mersisayd təmsilçisi “Seltik”dən 16 yaşlı yarımmüdafiəçi Ben Doakı transfer edib.
Bu barədə klubun saytı məlumat yayıb. Onunla imzalanan müqavilənin müddəti açıqlanmayıb.
