“Liverpul”dan “Şalke”yə
31.08.2022 , 17:57
“Liverpul” futbolçusu Sepp van den Berqi icarəyə verib.
Korner.az xəbər verir ki, 20 yaşlı müdafiəçi karyerasını Almaniyada davam etdirəcək.
O, 2023-cü ilin yayına qədər “Şalke”də çıxış edəcək. Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.
Niderlandlı futbolçu 2019-cu ildən “Liverpul”da çıxış edir.