İngiltərə Premyer Liqasının 30-cu turunda “Liverpul” “Everton”u qəbul edib.
Korner.az-ın məlumatına görə, meydan sahibləri 3-1 hesablı qələbə qazanıb.
Qollar:
“Liverpul”: Sadio Mane 9; Koutinyo 31; Divok Oriqi 60.
“Everton”: Metyu Penninqton 29.
Bu nəticədən sonra “Liverpul” 59 xalla turnir cədvəlində müvəqqəti olaraq 3-cü pilləyə yüksəlib. “Everton” isə 50 xalla 7-ci yerdədir.
Qeyd edək ki, “Liverpul”un bu oyundan sonra “Everton”a qarşı məğlubiyyətsizlik seriyası 14 oyuna çatıb. “Qırmızılılar” sonuncu dəfə öz meydanında “Everton”a 1999-cu ilin sentyabr ayının 27-də məğlub olub.