“Liverpul” heyətindəki gənc futbolçuları saxlamağa davam edir.
Korner.az-ın məlumatına görə, “mersisaydlılar” braziliyalı futbolçu Filip Kutinyoya yeni müqavilə təklif edəcəklər.
Qeyd edək ki, 22 yaşlı oyunçu “İnter”dən 11 milyon avro qarşılığında ingilis klubuna keçmişdi.