“Liverpul” 17 yaşlı futbolçu ilə müqavilə imzaladı
29.07.2020 , 15:38
“Liverpul” 17 yaşlı futbolçusu Konor Bredli ilə ilk peşəkar müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Keçən il “Liverpul”a transfer olunan irlandiyalı futbolçu, klubun U-18 və U-23 komandalarında forma geyinib.