“Barselona”nın ulduz futbolçusu Lionel Messi “Real”la matç ərəfəsində zədədən sonra bərpa prosesi keçir.
Korner.az-ın məlumatına görə, baş məşqçi Luis Enrike futbolçuların əksəriyyəti yığma komandalarının düşərgələrində olduğundan onlara şənbə və bazar günləri istirahət verib.
Buna baxmayaraq argentinalı forvard Xerard Lopesin rəhbərliyi altında gənc komandada məşqə çıxıb, daha sonra fiziki hazırlıq üzrə məşqçiylə çalışıb.