“Qalatasaray”ın köhnə futbolçusu Kassio Linkolnun yeni klubu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, müqavilə ilə Braziliyanın “Koritiba” klubuna məxsus olan Linkoln “Bahia” klubuna icarəyə verilib.
Qeyd edək ki, 35 yaşlı futbolçu əvvəllər “Atletiko Mineiro”, “Palmeiras”, “Avai”, “Şalke”, “Kayserslaturen” və “Qalatasaray” kimi klublarda forma geyinib.