Levandovski bu oyunu buraxacaq
01.11.2022 , 18:28

“Barselona”nın futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasının bugünkü oyununu buraxacaq.
Korner.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Polşalı hücumçu qrup mərhələsinin 6-cı turunun “Viktoriya” ilə matçında iştirak etməyəcək. Məşqçilər korpusu belində problemlər olan Levandovskiyə istirahət verməyi məqsədəuyğun sayıb. Oyunu üç sarı vərəqə üzündən Serxio Buskets də buraxacaq.
