İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı futbolçusu müəyyənləşib
“Mançester Siti”nin futbolçusu Leroy Sane oktyabr ayının ən yaxşısı seçilib.
O, komanda yoldaşı Kevin de Brune, “Arsenal”dan Naço Monreal, “Kristal Palas”dan Uilfrid Zaxa, “Brayton”dan Qlenn Myurrey və “Bernli”də Nik Poulu qabaqalayıb.
Qeyd edək ki, almaniyalı yarımmüdafiəçi ötən ay 3 oyuna 3 qol vurub, 3 məhsuldar ötürmə edib.
