Dünya Futbolu

La Liqada yeni rekordçu

19.06.2020 , 18:29

“Atletiko” İspaniya La Liqasında “Osasuna”ya qalib gəlib – 5:0.

Korner.az xəbər verir ki, görüş madridlilərin futbolçusu Yan Oblak üçün əlamətdar olub.

Belə ki, o, sözügedən qarşılaşmada qapısını toxunulmaz saxlayaraq La Liqanın tarixinə düşüb.

Oblak 100 “quru oyun” seriyasına ən tez çatan qapıçı olub. O, buna 182 oyunda nail olub.

Son yazılar

Yuxarı