“Neftçi”də növbəti ayrılıq – Rəsmi
19.06.2020 , 18:25
“Neftçi”də daha bir ayrılıq reallaşıb.
Korner.az xəbər verir ki, klub müqavilə müddəti başa çatan yarımmüdafiəçi Vangelis Platellasla əməkdaşlığa son qoyub.
Vangelis Platellas “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 31 oyunda meydana çıxıb, 3 qol vurub.
Paytaxt təmsilçisi buna qədər Tural Axundov və Soni Mustivarla yolları ayırıb.