“Rubin”in baş məşqçisi Kurban Berdıyev Rusiya Premyer Liqasın 25-ci turunun "Amkar"la oyunundan sonra (1:1) açıqlama verib.
Korner.az-ın məlumatına görə, Kazan təmsilçisinin çalışdırıcısı start heyətində meydana buraxaraq əvəz etmədiyi Ruslana konkret qiymət verməsə də, o daxil olmaqla uzun müddətdir oynamayan futboçülar haqda bunları deyib:
“Heyətimizdə olan bütün problemlərə baxmayaraq, ilk hissəni pis keçirmədik. Ancaq uzun müddətdir oynamayan futbolçularımızın ikinci hissədə gücü çatmadı. “Amkar” bu dəqiqələrdə layiqli ərazi üstünlüyünə malik idi və yenə qol vura bilərdi. Fikrimcə, heç-heçə bu matçın qanunauyğun nəticəsi idi”.
