Kubok oyunlarının vaxtı açıqlandı
22.04.2024 , 15:30

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının başlama saatı açıqlanıb.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, hər iki cavab görüşü aprelin 24-də keçiriləcək.
“Qəbələ” – “Zirə” oyunu saat 17:00-da start götürəcək. “Qarabağ” – “Neftçi” görüşü isə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, yarımfinalın ilk oyunlarında “Qarabağ” “Neftçi”ni 4:0, “Zirə” isə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib
