“Beşiktaş”ın futbolçusu Rikardo Kuarejça İstanbul klubundan ayrılır. Portuqaliyalı yarımmüdafiəçi bu barədə sosial şəbəkədə paylaşım edib.
O, “Beşiktaş”a hər şey üçün təşəkkür” yazaraq ayrılıq mesajını verib. Portuqaliya millisinin üzvü böyük ehtimalla Qətərin “Əl-Əhli” klubuna keçəcək.
Qeyd edək ki, 2010-2012-ci illərdə “Beşiktaş”ın şərəfini qorumuş 34 yaşlı futbolçu 2015-ci ildən “qara qartallar”da çıxış edir.
