Krivotsyukun komandasından qələbə
18.12.2021 , 12:32
Polşa çempionatında XIX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi “Visla” “Leçiya” ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.
Anton da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana çıxıb. Millimizin müdafiəçisi 70-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Onun komandası 19 turdan sonra 29 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.