“Konyaspor”un transfer hədəfi
29.05.2023 , 16:45
Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” transfer çalışmalarına başlayıb.
Korner.az xəbər verir ki, klub “Serkl Brügge”nin futbolçusu Dino Hatiçi heyətinə qatmaq istəyir.
27 yaşlı futbolçu ilə bir çox Türkiyə klublarının da maraqlandığı bildirilir.
Bu mövsüm 41 oyundan 11-nə çıxan futbolçu Hotiç 5 qol vurub, 2 məhsuldar ötürmə edib.